ÜMM HƏBİBƏ BİNT ƏBU SÜFYAN

(44/665-ci ildə vəfat etmişdir) – Məhəmməd peyğəmbərin həyat yoldaşlarından biri olmuşdur. O, nüfuzlu Qureyş başçılarından biri olmuş Əbu Süfyan ibn Hərbin qızı idi. İslamı əri Übeydullah ibn Cəxşlə birlikdə qəbul etmişlər və onlar ilk müsəlmanlardan olmuşdurlar. Onlarda Həbəşistana hicrət etişdirlər. Ancaq, orada Übeydullah xristianlığı qəbul etmiş və İslamdan çıxmışdır. O, Ümm Həbibəni də xristian olmağa dəvət etmiş, ancaq o bunu etməmiş və ondan boşanmışdır. Bu boşanmadan sonra Ümm Həbibənin durumu çox ağırlaşmışdır. O, yad ölkədə tək qalmışdır. Onun atası Əbu Sufyan müsəlmanların barışmaz düşməni olduğundan, Məkkəyə də qayıda bilmirdi. Bu xəbəri eşidən Məhəmməd peyğəmbər onu öz yanına çağırmış və hicrətin 7-ci ilində onunla evlənmişdir. Ümm Həbibə qardaşı Müaviyə ibn Əbu Süfyanın hakimiyyəti dövründə 70 yaşında vəfat etmişdir. Onun adından bir çox hədislər rəvayət edilmişdir.
ÜMEYYƏ
ÜMM KÜLSÜM BİNT MƏHƏMMƏD
OBASTAN VİKİ
Əbu Süfyan
Əbu Sufyan ibn Hərb (təq. 565, Məkkə – 640, 653 və ya 650, Mədinə, Rəşidi xilafəti) — Məkkənin köhnə kafirlərindəndir (561 - 652) əsl adı Səhrdir. Məkkənin fəthindən sonra müsəlman olub.
Muaviyə ibn Əbu Süfyan
I Müaviyə və ya Muaviyə ibn Əbu Sufyan — 661-ci ildən Əməvilər sülaləsinin banisi və ilk xəlifəsi. Xəlifəliyi zamanı paytaxtı Şama köçürmüşdür. Əbu Süfyanın oğlu, I Yezidin atasıdır. Müaviyə ikinci xəlifə Ömər tərəfindən Şama vali təyin edilmişdi. Üçüncü xəlifə Osman ibn Əffanla qohumluğu onun bütün Suriyanı öz hakimliyi altına almasına və güclənməsinə səbəb oldu. Müaviyə gənclikdən bəri ən üstdə olmaq, yəni xəlifə olmaq arzusunda idi. Müaviyə Üçüncü xəlifə Osmanın öldürülməsindən, dördüncü xəlifə Resullahın əmisi oğlu və haqq canişini İmam Əlini günahkar elan edərək üsyan elədi. Üsyan eləməyinin bir başqa səbəbi isə öldürülən üçüncü xəlifənin qohumu olması idi.(amma Osman onu köməyə çağıranda gəlmədi) Xəlifə Əli, 657-ci ildə paytaxt Kufədən 30 000 nəfərlik ordu ilə Suriyaya yönəldi. Üsyançılara rəhbərlik edən Müaviyə isə ordusunu qurub savaşa hazırdı. Bunun nəticəsində Xilafət və Suriya qoşunları "Siffeyn" adlı çöldə üz-üzə gəldilər.
Rəmlə binti Əbu Süfyan
Rəmlə binti Əbu Süfyan (ərəb. أم حبيبة بنت رملة أبي سفيان‎; təq. 594, Məkkə – 665, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, möminlərin anası. Onun tam adı Ummu Həbib Rəmlə bint Əbu Süfyan Sərh ibn Hərb ibn Üməyyə ibn Əbd Şəmsdir. O, Qüreyşin nüfuzlu lideri Əbu Süfyan ibn Hərbin qızı idi. Rəmlə İslamı qəbul etməzdən əvvəl əcdadlarının bütpərəst inancından ayrılır və həniflərin inancını qəbul edir. O, İslamdan əvvəl xristian olan əri Ubeydullah ibn Cəhş ilə birlikdə İslamı qəbul etmişdir. Onlar Qüreyşin zülmündən qaçaraq Efiopiyaya hicrət edirlər və burada Ubeydullah birdən-birə azğınlıq (riddə) edir və yenidən xristianlığı qəbul edir. Rəmləni xristianlığı qəbul etmək üçün israrlı cəhdlərinə baxmayaraq, o, İslama sadiq qalər və ondan boşanır. Bundan sonra o, Məkkəyə qayıda bilmir.
Həbibə Allahverdiyeva
Həbibə Rəşad qızı Allahverdiyeva (9 iyun 1981, Külüs, Şahbuz rayonu) — Azərbaycan rəssamı, millət vəkili Allahverdiyeva Həbibə Rəşad qızı 1981-ci il 9 iyunda Naxçıvan MR Şahbuz rayonun Külüs kəndində anadan olub. 1998–2002-ci illərdə Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin Təsviri incəsənət ixtisasında, 2002–2004-cü illərdə magistr pilləsində təhsil almışdır. 2001–2005-ci illərdə M. T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında kukla rəssamı vəzifəsində çalışmışdır. 2005-ci ildə Naxçıvan Dövlət Universiteti Təsviri incəsənət kafedrasının müəllimi olmuşdur. 2012-ci ildən baş müəlim vəzifəsində çalışır. 2019-cu ildə Təsviri incəsənət kafedrasının müdiri vəzifəsində çalışır. 2010-cu ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. 2012-ci ildə Vaqif Məmmədovun "Dənizə qar yağırdı" adlı şeirlər kitabına bədii tərtibat vermişdir. 2013-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademyasının dissertantıdır. 25 elmi məqalənin müəllifidir.
Həbibə Qasımova
Həbibə Süleyman qızı Qasımova (d. 24 avqust 1922, Bakı, Azərbaycan SSR - ö. 19 noyabr 2014,Bakı, Azərbaycan) — biologiya elmləri doktoru (1963), professor (1965), Azərbaycan SSR-nin Əməkdar elm xadimi (1980), Torpaq mikrobiologiyası sahəsində ilk azərbaycanlı qadın alim Həbibə Qasımova 24 avqust 1922-ci ildə Bakı şəhərində anadan olub. 1939-cu ildə orta məktəbi bitirmişdir. 1944-cü ildə Azərbaycan Dövlət Universitetini "Fərqlənmə" diplomu ilə bitirmişdir. Universitetdə oxuduğu müddətdə fakültənin komsomol katibi, partiya bürosu katibi və universitetin komsomol komitəsi katibinə qədər yüksəlmişdir. 1945-1948-ci illərdə Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsil almış, 1949-cu ildə "Azərbaycanın penisillin əmələgətirən göbələkləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Həbibə Qasımova 1963-cü ildə "Qazıntı üzvi maddələrin torpağın mikroflorasına təsiri" mövzusunda dissertasiya müdafiə edib biologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1965-ci ildə professor elmi dərəcəsi almış, 1980-ci ildə Azərbaycan SSR Əməkdar elm xadimi adına layiq görülmüşdür. 1965-ci ildən 1967-ci ilə qədər Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinin dekanı olmuşdur.
Həbibə Soltanova
Ümm Külsüm (müğənni)
Ümm Külsüm (ərəb. أم كلثوم‎ ʾUmm Kulṯūm‎) — misirli ərəb səs sənətkarı, müğənni, mahnı yazıçısı və aktrisa. Şərqin Ulduzu və Misirin 4. Piramidası olaraq da tanınır. Bütün zamanların ən gözəl səsli müğənnisi olaraq xatırlandığı Misirdə XX əsrin əvvəlində doğulmuşdur. Dəqəhliyə əyalətinin əs-Sinbillaveyn məskunlaşması yaxınlarındakı Təmay əz-Zəhayirə kəndində kasıb bir azançının uşağı idi. Kiçik yaşlarda ətraf kəndlərdə, qızların dəstə içində oxumaları xoş qarşılanmadığından, kişi paltarında ilahilər oxuyaraq tanınmağa başlamışdır. Atası tərəfindən kəşf edilən səsinin ilk təhsilini Qurani-Kərim oxumağı öyrənərək etmişdir. Daha sonra 1920-ci illərdə atası tərəfindən Qahirəyə, Şeyx Əbül Əlanın yanına səs təhsili üçün aparılmışdır. Qahirədə qısa müddətdə Şair Əhməd Rami və Məhəmməd Əbdülvahab kimi sənətkarlarla tanış olmuşdur.
Həbibə Məmməd qızı
Həbibə Məmməd qızı (d. 1919 - v. 1984) — Azərbaycan yazıçısıdır. Bakıda anadan olmuş, məktəbi bir müddətdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Həbibə gənc yaşlarından əmək və yaradıcılıq fəaliyyətinə başlamış, “Azərbaycan qadını”, “Göyərçin” jurnallarında, “Ədəbiyyat və incəsənət” qəzetində işləmişdir. Onun “Təsadüf” adlı ilk hekayəsi 1938-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilmiş, daha sonra yazıları “Gənc işçi”, “Müəllim”, “İnqilab və mədəniyyət”, “Azərbaycan qadını” və başqa qəzet jurnallarda mütəmadi olaraq çap edilmişdir. Həbibənin Kiçik hekyələr adlı kitabı 1953-ci ildə nəşr olunmuşdurş. O, “Dilarə bağa gedir” (1959), “Xoruzun neçə rəngi var” (1960), “Sünbül kukla” (1964) adlı başqa kitablarındakı əsərlərini uşaqların həyatına, təlim-tərbiyəsinə həsr etmişdir. 1965 - “Ayrıla bilmədim” 1969 - “Xəzri həmişə əsmir” 1970 - “Günəş məndən göyçəkdir” 1972 - “Bahar çiçəkləri” 1982 - “Onu hamı sevirdi” Həbibənin yaradıcılığına aid məqalələr yazılmış, mətbuatda dərc edilmişdir.
Fatimə bint Məhəmməd
Fatimə (ərəb. فاطمة ‎) və ya Fatimeyi-Zəhra (ərəb. فاطمة الزهراء‎) (tam adı: Fatimə binti Məhəmməd əl-Haşimi əl-Qüreyşi; ən tezi 604 və ən geci 604, Məkkə, Hicaz – 14 dekabr 632, Mədinə, Hicaz, Səudiyyə Ərəbistanı) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan qızı, Məhəmməd peyğəmbərin əmisi oğlu IV Raşidi xəlifə, şiələrin I imamı və xəlifəsi, II məsumu Əli ibn Əbu Talibin həyat yoldaşı, şiələrin II və III imamları Həsən ibn Əli və Hüseyn ibn Əlinin anası. Əhli-beytin 5 üzvündən biri. Fatimə Nəcran nəsranilərilə edilən Mübahilə günündə Məhəmmədin yanında olan yeganə qadındır. O, Əbu Bəkrə beyət etməmiş və ona qarşı çıxmışdır. Fədəkiyyə xütbəsində Fədəyin qəsbi və Əlinin xilafətini müdafiə etməsi məşhurdur. Fatimə Məhəmmədin vəfatından sonra, Cəmadiyəlaxir ayının 3-cü günü hicri-qəməri 11-ci ildə Mədinədə dünyasını dəyişib, gecə, gizlicə dəfn edilib. Fatimə məşhur ərəb qadınlarındandır. İbn Tayfur (ö.
Fatimə bint Əsəd
Fatimə bint Əsəd (az:Fatimə Əsəd qızı),(ər:فاطمه بنت اسد) — Əbu Talibin zövcəsi, Əli bin Əbu Talibin anası. Fatimə bint Əsəd bin Haşim bin Əbdimənaf Qureyşi, Əbu Talib bin Əbdülmüttəlib bin Haşimin əmiqizisi və bircə zövcəsidir ki, onlardan dörd oğlan – Talib, Əqil, Cəfər, Əli və iki qız – ümmü Hani və Cəmanə yadigar qalıb. Fatimə islama iman gətirən ikinci xanım və 11-ci şəxsdir. peyğəmbər Mədinəyə hicrətindən bir az sonra Fatimə bint Məhəmməd və oğlu Əli ilə Mədinəyə yola düşüb, Quba adlı yerdə Əlinin yolunu gözləyən Peyğəmbərlə birləşmişlər. O, Mədinədəki qohumları arasında yaşadı, Əli və Fatimənin toyu, iki nəvəsi Həsən və Hüseyni görüb. Hicrətin III və ya IV ilində bəzi sənədlərə görə 60, yaxud 65 yaşında dünyasını dəyişib. Bəqi qəbiristanında dəfn olunmuşdur. Əli bin Əbu Talib-ə hamilə olduğu zaman Kəbə təvafına çıxıb orada doğum sancısı onu bürümüşdür. Kəbə Allahını çağırıb və ondan yardım istədi, birdən Kəbə divarı ayrıldı və Fatimə kəbənin içinə keçib Əlini orada dünyaya gətirdi. Məhəmməd peyğəmbərin ata və anasının vəfatından sonra babası Əbdülmüttəlib onun qəyyumluğunu üzərinə götürdü onunda vəfatından sonra Əbu Talib və Fatimə binti Əsəd Peyğəmbərin qəyyumluğunu üzərlərinə götürdülər.
Fövziyyə bint Fuad
Fövziyyə bint Fuad (ərəb. فوزية بنت فؤاد‎; 5 noyabr 1921 – 2 iyul 2013, İsgəndəriyyə) — Misir şahzadəsi və Məhəmməd Rza Pəhləvinin birinci həyat yoldaşı olmuşdur. Şahdan boşanandan və İsmayıl Şirin ilə 1949-cu ildə nikah bağlayandan sonra Fövziyyə Şirin kimi də tanınırdı. Şahzadə Fövziyyə Misir və Sudan sultanı I Fuadın qızı idi. Fövziyyənin anası Nazlı Səbri sultanın ikinci arvadı və Misrin keçmiş baş naziri türk əsilli Məhəmməd Şərif Paşanın nəvəsi idi. Şahzadə Fövziyyə təhsilini İsveçrədə almış, ərəb, ingilis və fransız dillərində sərbəst danışırdı. Şahzadə Fövziyyənin Məhəmməd Rza Pəhləvi ilə izdivacı Rza şahın səyləri nəticəsində baş tutmuşdu və ABŞ-nın Mərkəzi Araşdırmalar İdarəsinin hesabatına görə əsasən siyasi maraqları güdürdü. Onlar 1938-ci ilin may ayında nişanlanmış olsalar da, toy gününə qədər bir birilərini görmək imkanına malik olmamışdılar. Toy mərasimi Qahirədə Abdin Sarayında 15 mart 1939-cu ildə, daha sonra isə cavan ailənin yaşayacağı Tehranda Mərmər Sarayda keçirilmişdi. 1940-cı ildə onların yeganə övladı, şahzadə Şəhnaz dünyaya gəlmişdir.
Fövziyə bint Fuad
Fövziyyə bint Fuad (ərəb. فوزية بنت فؤاد‎; 5 noyabr 1921 – 2 iyul 2013, İsgəndəriyyə) — Misir şahzadəsi və Məhəmməd Rza Pəhləvinin birinci həyat yoldaşı olmuşdur. Şahdan boşanandan və İsmayıl Şirin ilə 1949-cu ildə nikah bağlayandan sonra Fövziyyə Şirin kimi də tanınırdı. Şahzadə Fövziyyə Misir və Sudan sultanı I Fuadın qızı idi. Fövziyyənin anası Nazlı Səbri sultanın ikinci arvadı və Misrin keçmiş baş naziri türk əsilli Məhəmməd Şərif Paşanın nəvəsi idi. Şahzadə Fövziyyə təhsilini İsveçrədə almış, ərəb, ingilis və fransız dillərində sərbəst danışırdı. Şahzadə Fövziyyənin Məhəmməd Rza Pəhləvi ilə izdivacı Rza şahın səyləri nəticəsində baş tutmuşdu və ABŞ-nın Mərkəzi Araşdırmalar İdarəsinin hesabatına görə əsasən siyasi maraqları güdürdü. Onlar 1938-ci ilin may ayında nişanlanmış olsalar da, toy gününə qədər bir birilərini görmək imkanına malik olmamışdılar. Toy mərasimi Qahirədə Abdin Sarayında 15 mart 1939-cu ildə, daha sonra isə cavan ailənin yaşayacağı Tehranda Mərmər Sarayda keçirilmişdi. 1940-cı ildə onların yeganə övladı, şahzadə Şəhnaz dünyaya gəlmişdir.
Zeynəb bint Hüzeymə
Zeynəb bint Hüzeymə (ərəb. زينب بنت خزيمة‎; 595, Məkkə – 625, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, möminlərin anası. Zeynəb bint Hüzeymə Bəni-Amir ibn Sasa qəbiləsinin Hilaloğulları qolundandır. O, İslamdan əvvəl və sonra yoxsullara kömək etdiyi üçün “Ümmül-məsakin” (kimsəsizlərin anası) adı ilə çağırıldı. Atası Hüzeymə ibn Haris, anası Hind bint Avfdır. Hindin 9 qızının hamısı müsəlman olmuşdur. Rəsulullah onları “mömin bacılar” adlandırırdı. Hind qızlarından ikisini – Zeynəb və Meymunəni Rəsulullaha ərə vermişdir. Onun ilk əri Tufeyl ibn Haris olmuşdur. Zeynəb Tufeyldən boşandıqdan sonra onun qardaşı Übeydə ibn Harislə evlənir [3].Bədr döyüşündə həlak olan 624-cü ildə Əmir ibn Sasa qəbiləsi Məhəmməd peyğəmbərin nümayəndələrini öldürür, buna görə də bu qəbilənin müsəlmanlarla münasibətləri kəskin şəkildə pisləşir.
Əbu
Əbu Dücanə
Haya bint əl-Hüseyn
Haya bint əl-Hüseyn — İordaniya şahzadəsi. Haya bint əl-Hüseyn 1974-cü il mayın 3-də anadan olub. Haya İordaniya kralı I Hüseynin qızı və Birləşmiş Ərəb Əmirliklərinin Vitse-Prezidenti və Baş Naziri, Dubayın hökmdarı Şeyx Məhəmməd bin Rəşid əl-Maktumun həyat yoldaşlarından biridir. O, təhsilini Britaniyada qızlar üçün Bristol badminton məktəbində, daha sonra St. Hilda kolleci və fəlsəfə, politologiya və iqtisadiyyat üzrə bitirdiyi Oksford universitetində təhsil alıb. 2004-cü il aprelin 10-da Dubay qanunları ilə Şeyx Məhəmməd bin Rəşid əl-Maktumla ailə həyatı qurub. 2007-ci il dekabrın 2-də onun ilk övladı, qızı Cəlilə bint Məhəmməd bin Rəşid əl-Maktum anadan olub. Birinci xanımlar fotolarda – Haya bin al Hüseyn.
Əbu-Səfa
Əbu-Səfa (ərəb. حقل أبو سعفة‎) — Səudiyyə Ərəbistanı və Bəhreyndə neft yatağı. İran körfəzi sularında, Rəs-Tənnurə limanından 50 kilometr (31 mil) şimal-şərqdə yerləşir. 1963-cü ildə açılmışdır. 1966-cı ildən inkişaf etmişdir. Yağın sıxlığı 876 kq/m3, özlülüyü 12,2 cps, S 2,6% təşkil edir. İlkin neft ehtiyatları 1 milyard tondur. Neft və qaz potensialı yura çöküntüləri ilə bağlıdır. "Qatif Project" tərəfindən hazırlanmışdır. 2000-ci illərdə gücü artırmaq üçün 1,2 milyard dollar xərclənmişdir.
Əbu Bəkir
Əbu Bəkr (ərəb. أبو بكر الصديق‎; təq. 27 oktyabr 573[…], Məkkə – 23 avqust 634, Mədinə) — Rəşidi xilafətinin birinci xəlifəsi. Əbu Bəkr Məhəmmədin etibar etdiyi hörmətli yoldaşı idi. Sünni müsəlmanlar ona böyük hörmət bəsləyir və ona “doğru danışan” mənasını verən əs-Siddiq adı ilə şərəfləndirirlər. Əbu Bəkr Bənu Teym qəbiləsindən Əbu Quhafa və Umm əl-Xeyrin ailəsində anadan olmuşdur. O, İslamı qəbul edən ilk insanlardan biri idi və başqalarını da qoşulmağa dəvət edərək imanın yayılmasına kömək edirdi. Onun səyləri sayəsində bir çox səhabələri də İslamı qəbul etmişdilər. O, Bilal Həbəşi da daxil olmaqla çox sayda qulu azad etməkdə tanınıb. Əbu Bəkr, Məhəmmədin əqidəsinə qarşı çıxan müşriklər tərəfindən pis rəftarla üzləşmişdir.
Əbu Bəkr
Əbu Bəkr (ərəb. أبو بكر الصديق‎; təq. 27 oktyabr 573[…], Məkkə – 23 avqust 634, Mədinə) — Rəşidi xilafətinin birinci xəlifəsi. Əbu Bəkr Məhəmmədin etibar etdiyi hörmətli yoldaşı idi. Sünni müsəlmanlar ona böyük hörmət bəsləyir və ona “doğru danışan” mənasını verən əs-Siddiq adı ilə şərəfləndirirlər. Əbu Bəkr Bənu Teym qəbiləsindən Əbu Quhafa və Umm əl-Xeyrin ailəsində anadan olmuşdur. O, İslamı qəbul edən ilk insanlardan biri idi və başqalarını da qoşulmağa dəvət edərək imanın yayılmasına kömək edirdi. Onun səyləri sayəsində bir çox səhabələri də İslamı qəbul etmişdilər. O, Bilal Həbəşi da daxil olmaqla çox sayda qulu azad etməkdə tanınıb. Əbu Bəkr, Məhəmmədin əqidəsinə qarşı çıxan müşriklər tərəfindən pis rəftarla üzləşmişdir.
Əbu Cəhl
Əbu Hәkәm Əmr ibn Hişam, Əbu Cəhl adı ilə tanınır (570-ci illər, Məkkə – 13 mart 624, ərəb. أبو جهل‎) — Məhəmməd peyğəmbərin әn qatı əleyhdarlarından biri. Qureyşilәrin Mәxzum qolundan olması bilinir. Məhəmməd peyğəmbərlə eyni ildə doğulmuşdur. Onun tam adı Əbu əl-Həkəm Əmr ibn Hişam ibn əl-Muğira ibn Abdullah ibn Umar əl-Qureyşidir. Bənu Məxzum nəslindəndir. Peyğəmbərlik missiyası başlayandan sonra Məhəmmədə qarşı çıxır və Məkkənin ilk müsəlmanlarını təqib edir. Əbu Cəhl İslamın ilk şəhidi Əmmar ibn Yasirin anası Süməyyanı öldürən şəxsdir. Xüsusi qəddarlığına və barışmazlığına görə müsəlmanlar onu Əbu Cəhl (“cahilliyin atası”) adlandırırdılar [4]. Əbu Cəhl müsəlmanların boykot edilməsinin təşəbbüskarlarından biri olmuş və onun aradan qaldırılmasına çalışmışdır.
Əbu Cəndəl
Əbu Cəndəl (Məkkə, ərəb. أبو نَجِيحٍ العرباض بن سارية السلمي‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. O, həmçinin Abdullah ibn Süheylin qardaşı və Qureyş natiqi Süheyl ibn Əmrin oğlu olur. 624-cü ildə Bədr döyüşündən əvvəl İslamı qəbul edir. Bunu qəbul edə bilməyən atası Süheyl ibn Əmr tərəfindən zəncirlənir. Hüdeybiyyə müqaviləsi günü müsəlmanların yanına qaçır. Müqavilənin şərtlərindən biri olan geri qayıtma şərtinə görə onu Məkkə heyətini təmsil edən atası geri Məkkəyə aparır. Sonra yenidən qaçaraq Qırmızı dəniz sahilində bir mövqeyə yerləşir. Məkkədən qaçanlar müqavilənin şərtlərinə uyğun olaraq Mədinəyə gedib müsəlman cəmiyyətinə sığına bilməzdilər. Onların çoxu Qırmızı dənizin Sifülbəhr adlanan yerində toplanırdı.
Əbu Dücanə
Əbu Dücanə (bilinmir, Mədinə – 634, ərəb. أَبو دجانة سماك بن أوس‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Mədinədə anadan olub. Əslən Xəzrəc qəbiləsindəndir. Məkkəli müsəlmanların Mədinəyə köçməsindən əvvəl İslamı qəbul etmişdir. O, müşriklərə qarşı döyüşlərdə iştirak etmişdir. Döyüşlər zamanı o, tez-tez başına qırmızı lent bağlıyar və rəqibləri qarşısında döyüşlərdən əvvəl özünü göstərirdi. Uhud döyüşündə həyatını təhlükəyə ataraq Məhəmməd peyğəmbəri müdafiə etmiş və ağır yaralanışdır. Xəlifə Əbu Bəkrnin dövründə mürtədlərlə vuruşurdur. O, “yalançı peyğəmbər” Müsaylimə ilə döyüşdə həlak olmuşdur.
Əbu Firas
Əbu Firas Həmdani ( ərəb. أبو فراس‎), tam adı ilə Əbu Firas ibn əl-Haris ibn Səid ibn Həmdan əl-Həmdani (ərəb. أبو فراس الحمداني‎ ; 932, Mosul – 4 aprel 968[…], Homs) — X əsr ərəb şairi və dövlət xadimi. Həmdani aristokrat ailəsinə mənsub idi. Bizansa qarşı müharibələrdə iştirak etmiş, iki dəfə əsir götürülmüş və fidyə qarşılığında azad edilmişdir. O, döyüşlərin birində həlak olmuşdur. Əbu Firasın lirikasında cəngavər xüsusiyyətləri, döyüşkənlik və sevgiliyə pərəstiş üstünlük təşkil edir. Ərəb poeziyasında ilk dəfə səhər nəğməsi motivinə malikdir. Elegiyalarda əsirlikdən gələn mesajlar vermiş, anasına, yurduna və ölkəsinə olan sevgisini böyük qüvvə ilə ifadə etmişdir. Onun poeziyasının dili sadədir.
Əbu Fukeyhə
Əbu Fukeyhə — Məhəmməd peyğəmbərin səhabəsi. İslamı qəbul edən ilk şəxslərdən olan Əbu Fukeyhə Səfvan ibn Üməyyənin qulu idi. Bu səbəbdən o, Məkkə dövründə digər qul müsəlmanları kimi ağır işgəncələrə məruz qalmışdır. Onu Əbu Bəkr satın alıb azad etmişdir. O, Həbəşistana hicrət edən ikinci dəstəyə qoşulur. Buradan Mədinəyə gedir və Bədr döyüşündən əvvəl vəfat edir.
Əbu Huzeyfə
Əbu Huzeyfə (581, Məkkə – 633, ərəb. أبو حذيفة‎) — İslam peyğəmbəri Məhəmmədin səhabəsi. Atası Məkkənin və bütpərəstlərin qabaqcıl simalarından biri olan Utbe bin Rəbiədir. O, həm də “qara ciyər yeyən qadın” kimi məşhur olan Hind binti Utbanın bacısıdır. Əbu Huzeyfə atasının bütün maneələrinə baxmayaraq müsəlman olur. Rəvayətlərdə onun 44-cü müsəlman şəxs olduğu bildirilir. O, həm də Məkkə dövründə yazıb-oxumağı bacaran 17 nəfərdən biri idi. Sehlə binti Süheyl ilə evlənir və Həbəşistana iki hicrətdə iştirak edir. Sonra Məkkəyə qayıdır və hicrətə qədər orada qalır. Bədr, Uhud və Xəndək döyüşlərində və digər bütün hərbi əməliyyatlarda iştirak etmişdir.
Əbu Hüreyrə
Əbu Hüreyrə (602, Tixama, Məkkə bölgəsi[d] – 679, ərəb. أبو هريرة‎) və ya Əbu Hüreyrə Əbdürrəhman bin Səhr əd-Devsi — Yəmən əsilli səhabələrdən biri. Əsl adı bilinməsə də, müsəlman olmadan əvvəl adının Əbdüləmr, Sükeyn, Əbdüşəms olduğu barədə müxtəlif şayiələr vardır. Sahibsiz pişikləri bəslədiyi və böyütdüyü üçün o, “Pişik atası” mənasını verən Əbu Hüreyrə adı ilə tanınırdı. Yəməndə doğulan Əbu Hüreyrənin doğum tarixi məlum deyil və o, Ezd qəbiləsinin Devs qoluna mənsubdur. 628-ci ildə Məhəmməd Xeybərdə olarkən onun yanına gəlir və müsəlman olur. O, mühasirə zamanı Xeybərin fəthində və ondan sonrakı bütün müharibələrdə iştirak etmişdir. Bu tarixdən ölümünə qədər üç il Məhəmmədin yanından ayrılmamılşdır. Bu səbəbdən də onun ən çox hədis nəql edən səhabə olduğu deyilir. Onun 5375 hədis rəvayət etdiyi təxmin edilir.